"Jiquli" camışa çırpıldı: heyvan öldü, sərnişinlər yaralandılar

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Peyk.az oxu.az- a istinadən xəbər verir ki, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb.

Qəza zamanı "VAZ-2106"da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan iri buynuzlu heyvan ölüb.

Faktla bağlı araşdırma aparılır.