Kələm turşusunun içərisində narkotik keçirmək istədi- ƏLƏ KEÇDİ

Bakıda dayısına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Kələm turşusunun içərisində narkotik keçirmək istədi- ƏLƏ KEÇDİ
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən şəxs Babayev Vüqar Ədalət oğluna bacısı oğlu Şirvan şəhər sakini Abdullayev Orxan Mehman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan kələm turşusunun içərisində gizlədilən 2 ədəd bükülüdə ümumi çəkisi 3.814 qram narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.