Kafe və restoranlar da açılır? - RƏSMİ

Azərbaycanda restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.

Kafe və restoranlar da açılır? - RƏSMİ

Azərbaycanda restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.

Axeber.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Həmçinin Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, “karantin rejiminin yumşaldılmasında iri ticarət mərkəzlərinin və "mall"ların yenidən fəaliyyət göstərməsi nəzərdə tutulmur. Onlar üçün qadağalar əvvəlki vəziyyətdə qalır".Peyk.Az

Peyk.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun