Kanadada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Virus qurbanlarınım toplam sayı 7 073 nəfərə çatıb

Kanadada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Kanadada aşkar olunan koronavirusa yoluxma hallarının sayı90mini keçib, 7 mindən çox insan virusun qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkəənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 772yeni yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı90 190 nəfərə çatıb. Son sutka ərzində94ölüm halı qeydə alınıb ki, bununla virus qurbanlarınım toplam sayı 7 073-ə çatıb. Ən çox yoluxma hadisəsi Kvebek (50 651) və Ontario (27 533) vilayətlərində qeydə alınıb.