Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

Bu barədə Peyk.az-a “Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.

İlk matç “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.

Masazırdakı yoxlama matçı bu gün saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı

9 iyun 19:30. “Sabah” – “Qarabağ” Bakı. “Bank Respublika Arena” stadionuvv

www.peyk.az