Keçmiş ərindən qisas almaq üçün nəvəsini qaçırtdı - Azərbaycanda kuryoz cinayət - FOTOLAR

Azərbaycanda 11 yaşlı uşaq sarı taksi vasitəsi ilə qaçırılıb.

Keçmiş ərindən qisas almaq üçün nəvəsini qaçırtdı - Azərbaycanda kuryoz cinayət - FOTOLAR
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və qızı Nərmin Quliyevanı axtaran ana deyib.

O, bildirib ki, qızı 4 gün öncə əmisinin evindən yoxa çıxıb: "O, atasının gödəkcəsini əmisigilə aparıb. Nərmini əmisigilə girəndə görsələr də çıxanda görən olmayıb. Nərmini ancaq əmisi oğlu görüb. Nərminin sinif yoldaşını da o taksi ilə qaçırmaq istəyiblər. Taksini sürən oğlan saqqalı və gözündə eynək olub Nərminin babası iki dəfə ailəli olub. Birinci həyat yoldaşı Sabirabadlı olub".

Efirə zəng edən tamaşaçı bildirib ki, onu Sabirabadın 20 yanvar küçəsində sarı taksidə görüb.

Nərminin dayısı Rəşadət qeyd edib ki, atamın birinci arvadı Sabirabadlı olub. Adı Solmaz idi. Evimizdə Solmazla atamın şəkli var. Anam Nərminin böyük bacısını Şirvan şəhərə toya aparıb. Ola bilər ki, onlar Nərmini izləyiblər. İntiqam almaq üçün Nərmini qaçırıblar. Ola bilər ki, o zaman atamla Solmazın münasibəti yaxşı olmayıb. Bizdən intiqam almaq üçün Nərmini qaçırıblar".
Keçmiş ərindən qisas almaq üçün nəvəsini qaçırtdı - Azərbaycanda kuryoz cinayət - FOTOLARKeçmiş ərindən qisas almaq üçün nəvəsini qaçırtdı - Azərbaycanda kuryoz cinayət - FOTOLARKeçmiş ərindən qisas almaq üçün nəvəsini qaçırtdı - Azərbaycanda kuryoz cinayət - FOTOLAR