Home İdman “Keşlə”dən Kamran Ağayevlə bağlı bəyanat

“Keşlə”dən Kamran Ağayevlə bağlı bəyanat

176
0

Azərbaycan kubokunun 1/4 final mərhələsinin iln oyununda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Keşlə” bəyanat yayıb.

Peyk.az xəbər verir ki, bəyanatda komandanın qapıçısı Kamran Ağayevin matçdan sonra hakimlər otağına girməsi məsələsinə aydınlıq gətirilib:

16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Keşlə” matçından sonra “Keşlə”nin futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılmışdır.

Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməmişdir, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışmışdır. Bu hadisə “Keşlə” FK-nın müşahidə şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yayınmamış və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb etmişdir. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır.

Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla, “Qarabağ” – “Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdır”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here