Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib - FOTO

Hollivud ulduzu Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib. Bu barədə REN TV kadrlar yayımlayıb. Bildirilir ki, aktyor vizit kartına çevrilən saçlarını kəsdirib. Bununla bağlı kadrlarda Kianu Rivzin tez-tez əlini başına çəkdiyi görünür, ehtimal ki, aktyorun özü də saçlarının olmamasına...

Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib - FOTO

Hollivud ulduzu Kianu Rivz pərəstişkarlarını yeni imici ilə təəccübləndirib.

Bu barədə REN TV kadrlar yayımlayıb.

Bildirilir ki, aktyor vizit kartına çevrilən saçlarını kəsdirib.

Bununla bağlı kadrlarda Kianu Rivzin tez-tez əlini başına çəkdiyi görünür, ehtimal ki, aktyorun özü də saçlarının olmamasına hələ alışmayıb.

Bundan başqa Hollivud ulduzunun arıqlamağı da diqqətdən yayınmayıb.

Pərəstişkarları Kianunun yeni görünüşünü bəyənməyiblər. Onların fikrincə bu imici aktyoru 20 il daha yaşlı göstərir.

Bəzi istifadəçilər isə Hollivud ulduzunun yeni imici ilə yaşlı sevgilisinə uyğunlaşmağa çalışdığını düşünür.