“Kiçik bir səhvimizə görə bizə düşmən də kəsilə bilərlər” - Video

"Bizim işimiz elədir ki, bir günün içində səni qəhrəman da edə bilərlər, bədxahların qərəzli münasibəti nəticəsində kiçik bir səhvimizə görə bizə düşm

“Kiçik bir səhvimizə görə bizə düşmən də kəsilə bilərlər” - Video

"Bizim işimiz elədir ki, bir günün içində səni qəhrəman da edə bilərlər, bədxahların qərəzli münasibəti nəticəsində kiçik bir səhvimizə görə bizə düşmən də kəsilə bilərlər".

"Peyk.AZ" xəbər verir ki, bu sözləri polis zabiti Ağasəlim Pirəliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə COVID-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunan konsert proqramında deyib.

O, daha sonra əlavə edib: "Amma bizim işimiz, daha doğrusu vəzifə borcumuz birmənalı olaraq insanları qorumaqdır. Bu neçə ay karantin rejimi müddətində hamı polis işçilərinə öz təşəkkürünü bildirirlər. Mən isə qaydalara əməl edən vətəndaşlara öz təşəkkürümü bildirmək istəyirəm. Bizə güc strukturu deyirlər. Amma biz birlikdə güclüyük. İnanın ki, gücümüzü birləşdirib bu virusa da qalib gələcəyik".