Əkiz tibb bacıları 72 saat fərqlə koronavirusdan öldü

İngiltərədə koronavirusa yoluxan Emma Devis və Keyti Devis adlı əkiz tibb bacıları 72 saat fərqlə vəfat edib. Bu barədə “Hürriyet” məlumat yayıb. Sauthempton Xəstəxanasında müalicə alan əkizlərdən Keyti Devis çərşənbə axşamı, Emma Devis isə cümə günü xəstəliyə məğlub olub. “Hər...

Əkiz tibb bacıları 72 saat fərqlə koronavirusdan öldü

İngiltərədə koronavirusa yoluxan Emma Devis və Keyti Devis adlı əkiz tibb bacıları 72 saat fərqlə vəfat edib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Sauthempton Xəstəxanasında müalicə alan əkizlərdən Keyti Devis çərşənbə axşamı, Emma Devis isə cümə günü xəstəliyə məğlub olub.

“Hər zaman bu dünyaya bərabər gəldiklərini və bərabər gedəcəklərini söyləyirdilər”, - deyə əkizlərin bacısı Zoye Devis bildirib.