"Klopp komandasını 4 ildə qurdu" - Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer ona qarşı edilən tənqidlərə münasibət bildirib.

https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, istədiyi komandanı qurmaq üçün zamana ehtiyacı olduğunu deyib:

"Mənə görə bəzi işlərimizi görmək üçün bir neçə yolumuz var. Klopp bugünkü komandasını 4 ildə qurub və indi onlarda hər şey yaxşıdır. Mən dəfələrlə demişəm ki, istədiyim heyəti qurmaq tez alınmayacaq. Bir transfer pəncərəsində 8-10 oyunçu ala bilmərik. İlk növbədə komandanın planına sadiq qalmalıyıq. Bununla bağlı klub rəhbərliyi ilə danışmışam. Danışıqlarımız yaxşı keçib".