Klopp: “Mən sənin üçün təlxək deyiləm

Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb

Klopp: “Mən sənin üçün təlxək deyiləm
https://peyk.az

İngiltərə Premyer Liqasının XII turunun “Liverpul” – “Mançester Siti” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

3:1 hesablı qələbə qazanan mersisaydlıların baş məşqçisi Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb.

Görüş bitən kimi meydana çıxıb azarkeşlərə təşəkkür etmək istəyən almaniyalı mütəxəssis onu çəkən operatora sərt cavab verib. Televiziya işçisi Y.Kloppdan xahiş edib ki, kameraya yumruq göstərsin.

Almaniyalı buna əsəbi cavab verib: “Mən sənin üçün təlxək deyiləm”.

Qeyd edək ki, “Liverpul” 12 turdan sonra 34 xalla Premyer Liqanın lideridir.