Kloppdan Simoeneyə atmaca

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Kloppdan Simoeneyə atmaca
https://peyk.az

Peyk.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Atletiko"ya rəqib olmaları ilə bağlı deyib:

"Maraqlı püşk oldu. Sözün düzü, Madrid klublarından biri ilə düşəcəyimizi düşünürdüm, elə də oldu. Bizdə bu şəhər haqda ancaq ən yaxşı xatirələr var. Amma bu dəfə "Atletiko" ilə qarşılaşacağıq. Ağır oyunlar olacaq, amma bu mərhələdə bütün komandalar finala yüksəlməyə layiqdirlər. Çətin ki, Simeone otağında qaçır və "Liverpul"la düşməklərinə sevinir".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 18-i İspaniyada, cavab görüşü isə martın 11-i İngiltərədə olacaq.