“Köçəryan Putinin dostudur, Paşinyan isə...” – Peskovdan şok açıqlama

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın sabiq prezidenti Robert Köçəryanı dostluq münasibətləri birləşdirir, Baş nazir Nikol Paşinyanla ünsiyyət isə konstruktivdir”.

“Köçəryan Putinin dostudur, Paşinyan isə...” – Peskovdan şok açıqlama
https://peyk.az

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bir şeyi deyə bilərəm, Putin sonuncu səfərində ikinci prezidentin xanımı ilə görüşdü. Bir-biri ilə əlaqə saxlayırlar. Putin və Ermənistanın ikinci prezidentini dostluq münasibətləri birləşdirir”, - Peskov qeyd edib.

Peskov Köçəryanın həbsi ilə bağlı açıqlama verməkdən imtina edib.

O, hakimiyyət dəyişikliyindən sonra xeyli vaxt keçdiyini və Ermənistan-Rusiya münasibətlərində müəyyən durğunluğun yarandığını vurğulayıb.

Peskovun sözlərinə görə, Paşinyan tez-tez Rusiya prezidenti ilə görüşür: “Tərəflər konstruktiv əlaqələr qurublar”.