Köçəryanda ölümcül xəstəlik aşkar olundu – Şok iddia

Köçəryanda ölümcül xəstəlik aşkar olundu – Şok iddia
https://www.peyk.az

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidməti təcridxanasından İzmirlyan Tibb Mərkəzinə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nona Navikyan deyib.

Navikyanın dediyinə görə, Robert Köçəryan dünən daha bir gündəlik tibbi müayinədən keçib və yenidən istintaq təcridxanasına aparılıb.

Əlavə edək ki, Robert Köçəryan sentyabrın 30-da özəl İzmirlyan Tibb Mərkəzində müayinədən keçmişdi.

Keçmiş prezidentin səhhəti və hansı xəstəlikdən əziyyət çəkməsi barədə açıqlama verilməməsi onda xərçəng xəstəliyinin aşkar edilməsi barədə iddianın yayılmasına yol açıb.

Köçəryanın başında xərçəng şişinin olduğu ehtimal edilir.