“Köhnə avtomobillər bahalaşacaq”- Ekspertdən açıqlama

“Avtomobil bazarında qiymətlər kifayət qədər yüksəkdir. İstismar müddəti 7 ildən çox olan avtomobillərin gətirilməsinə tətbiq olunan rüsumlar ola bilsin ki, qiymətlərə təsir edəcək”.

“Köhnə avtomobillər bahalaşacaq”- Ekspertdən açıqlama
https://peyk.az

Peyk.az bildirir ki, bu sözləri teleqrafa açıqlamasında iqtisdçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, gömrük rüsumları avtomobil bazarında qiymətlərin yüksək olmasına təsir edir: “Devalivasiya səbəbindən, son illər ölkədə satışı aparılan yeni avtomobillərin qiymətləri arasında 2-3 dəfədən çox fərq var. Yeni avtomobillər kifayət qədər baha olduğu üçün əlçatanlığı normal səviyyədə deyil”.

Ekspert hesab edir ki, bankların yeni avtomobillərin əldə edilməsində kreditləşdirmə mexanizmini indiki səviyyədə saxlanması məqsədəuyğun deyil.

P.Heydərovun fikrincə, dövlət yerli avtomobillər istehsal edir. Amma bu avtomobillər ölkəyə gətirilən maşınlarla rəqabət qabiliyyəti, keyfiyyət, alıcı əldə etməsi baxımından kifayət qədər baha satılır, bu da qənaətbəxş vəziyyət deyil.


O qeyd edib ki, bankların əsas gəlir mənbəyi məhz minik avtomobillərinin kreditləşdirilməsi idi: “Bu məhdudlaşdırılan kimi, bankların özünün də vəziyyəti pisləşdi.

Ekspert bildirib ki, qaldırılan rüsumlar ölkə daxilində satılan köhnə avtomobillərin qiymətinə də təsir edəcək: “İkinci əl bazarında köhnə avtomobillərin qiymətlərində artım müşahidə olunacağı gözlənlir. Əgər onların idxalı məhdudlaşdırılırsa, daxildə də yeni avtomobillərin alışı çətinləşirsə, köhnə avtomobillərə tələb yüksələcək”.