Konor – Həbib revanşının ilkin vaxtı bilindi

UFC prezidenti Dena Uayt təsdiq edib ki, Konor Makqreqor Həbib Nurmaqomedov – Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq.

Konor – Həbib revanşının ilkin vaxtı bilindi
https://peyk.az

Peyk.az xəbər verir ki, əgər Nurmaqomedov bu görüşdə qələbə qazansa, onunla Konor arasındakı revanş bu ilin payızında keçiriləcək. Dena Uayt ESPN-ə bildirib ki, potensial revanş Ramazan bayramından sonra – 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında olacaq.

Xatırladaq ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.