Koronavirus xəstələrini niyə qarın üstə uzandırırlar?

Xəstəxanalarda, xüsusilə reanimasiya şöbələrində koronavirus xəstələrini bir çox hallarda qarın üstə uzanmış vəziyyətdə görürük. İnsanların...

Koronavirus xəstələrini niyə qarın üstə uzandırırlar?

Xəstəxanalarda, xüsusilə reanimasiya şöbələrində koronavirus xəstələrini bir çox hallarda qarın üstə uzanmış vəziyyətdə görürük. İnsanların əksəriyyətində bu maraq və təəccüb yaradır.

Saglamolun.az bunun səbəbini araşdıraraq rusiyalı anestezioloq-reanimatoloq Sergey Sibirsevin bu haqda çox sadə izahını aşkar edib.

“Buna pron-pozisiya deyilir. Bu vəziyyətdə olanda insanın ağciyərinə daha çox oksigen daxil olur və bu oksigen daha yaxşı qana keçir. Həmçinin nəfəsalma prosesinə ağciyərin daha böyük səthi qoşulur və süni tənəffüs aparatının mənfi  təsiri də bir qədər azalır”.

Həkim pron-pozisiyanın mahiyyətini sxemlər üzərində belə izah edib:

“Dairələrlə işarə olunanlar alveollar (ağciyər alveollardan ibarətdir) bel üstə uzananda əsas işi görür. Qalan alveollar (oval şəklində göstərilib) döş qəfəsi, ürək və yuxarıda yerləşən alveollarla sıxılıb.

Koronavirus infeksiyanın ağır gedişatı zamanı (kəskin respirator distress-sindromun inkişafı zamanı) ağciyərin aşağı hissəsində “maye” yığılır və ağciyər öz funksiyasını normal yerinə yetirə bilmir.

Bu isə qarın üstə uzanan sağlam insanın ağciyəridir. Gördüyünüz kimi alveollara daha az  təzyiq olur və onların daha çox hissəsi “nəfəs alır”.

Bu da koronavirusun ağır gedişatı zamanı qarın üstə uzanan xəstənin ağciyəridir. Gördüyünüz kimi, burada daha çox alveollar “işləyir”.Peyk.Az

Peyk.Az