Koronavirus xəstəsinin Instagrama yüklədiyi selfini sildirdilər

Koronavirusdan müalicə alarkən çəkilən fotosunu sosial şəbəkədə paylaşan qız həbs olunmaqla hədələnib.

Koronavirus xəstəsinin Instagrama yüklədiyi selfini sildirdilər

Koronavirusdan müalicə alarkən çəkilən fotosunu sosial şəbəkədə paylaşan qız həbs olunmaqla hədələnib.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-ın Uiskonsın ştatında yaşayan 16 yaşlı Amyiah Cohoon adlı qız Floridada koronavirusa yoluxub.

O, xəstəxanada müalicə olunan zaman çəkilən fotosunu Instagram hesabına yükləyib və insanları evdə qalmağa səsləyib.

"Mən xəstəliyə qalib gəlsəm də, hələ də oksigen maskası vasitəsi ilə nəfəs alıram. Evdə qalın, sağlam qalın", - qız sosial şəbəkədə paylaşdığı fotosuna rəy olaraq yazıb.

Paylaşımdan bir gün axır ra onun evinə polis serjantı gəlib və qızı şəkli silmədiyi təqdirdə onu həbs etməklə hədələyib. O, bildirib ki, bu barədə əmri şerif Joseph Konrath verib. Serjantın dediyinə görə qızın selfisi insanlarda panikaya səbəb olur.

Milli.Az sözügedən fotonu təqdim edir:

Peyk.Az

Peyk.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun