Koronavirusa qarşı peyvənd nə zaman hazır

Hazırda bu sual bütün dünyanı maraqlandırır. Bir çox ölkələrdə koronavirusa qarşı peyvəndlər hazırlanır, sınaqdan keçirilir. Bəs bu peyvənd nə...

Koronavirusa qarşı peyvənd nə zaman hazır

Hazırda bu sual bütün dünyanı maraqlandırır. Bir çox ölkələrdə koronavirusa qarşı peyvəndlər hazırlanır, sınaqdan keçirilir. Bəs bu peyvənd nə zaman hazır ola bilər?

Saglamolun.az Rusiya KİV-lərinə istinadən bildirir ki, hazırda ABŞ-da yaşayan tanınmış rusiyalı epidemioloq Mixail Favorov bu suala belə cavab verib:

“Vaksin çox mürəkkəb məsələdir və burada sualtı daşlar çoxdur. Vaksin infeksiyanın kəskin dövrünü ağırlaşdıra bilər. Biz bunu denge infeksiyasına qarşı peyvənddə görmüşük. Bu səbəbdən vaksin ən tez 2021-ci ildə hazır ola ilər. Bundan sonra isə vaksinləri istehsal etmək, istehsal etdikdən sonra onları yoxlamaq lazımdır... Yəni vaksin çox ciddi işdir və mən dünyanın heç bir ölkəsində vaksinin kütləvi şəkildə istifadəsini 2022-ci ildən tez gözləmirəm”.Peyk.Az

Peyk.Az