Koronavirusdan sağalan xəstə danışdı: "Hər nəfəs üçün mübarizə aparırdım"

İngiltərədə virusdan ölənlərin sayı 3000-ə yaxınalaşarkən, çox insanın da bu virusdan sağaldığı da bildirilib. Belə ki, xəstəxanada koronavirus diaqnozu ilə yatan şəxs bu xəstəliyə necə qalib gəldiyini BBC-yə danışıb.

Koronavirusdan sağalan xəstə danışdı: "Hər nəfəs üçün mübarizə aparırdım"
https://peyk.az

Peyk.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Kent şəhərində yaşayan 39 yaşlı Karen Mannerinq koronavirusa yoluxduğu zaman 6 aylıq hamilə olub. Mart ayının ortasından etibarən tez-tez öskürək və qızdırma ilə mübarizə aparsa da, xəstəxana işçiləri Kareni xəstəxanada saxlamaqdan çəkiniblər. Amma xəstəliyin 11-ci günü vəziyyət dəyişib və Karen xəstəxanaya yerləşdirilib.

Kovid-19 diaqnozu qoyulan və bir həftə xəstəxana otağında izolyasiya edilən o günləri Karen belə təsvir edir:
"Heç kimə məni görməyə icazə verilmədi. Çox tənha və qaranlıq vaxtlar idi. İki-üç gün yatağa bağlandım. Tualetə də gedə bilmədim. Hər nəfəs üçün mübarizə aparırdım.

Nəfəs almaqda çətinlik çəkəndə köməyə çağırmaq üçün bir düyməni basırdım sonra tibb işçilərinin qoruyucu geyimdə mənə kömək üçün gəlmələrini gözləyirdim. Ailəmin məni sakitləşdirməsi üçün həmişə telefonla danışırdım. Düzünü desəm, ölməkdən qorxurdum və ailəm özlərini ən pis vəziyyətə belə hazırladıqlarını deyirdilər. Hər nəfəs uğrunda mübarizə aparırdım, həm öz, həm də körpəmin həyatı üçün".