Koronavirusdan sağalanların ağciyərlərində ləkə qalırmı? — HƏKİMDƏN CAVAB

''Ölkə.Az'' big.az-a istinadən xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.

Koronavirusdan sağalanların ağciyərlərində ləkə qalırmı? — HƏKİMDƏN CAVAB

Həkim, həmçinin, çoxlarını maraqlandıran "Koronavirusdan sağalanların ağciyərlərində ömürlük "ləkə" qalırmı?" sualını da cavablandırıb:

"Çapıqlaşma yaranır. Bu cür atipik pnevmoniyalar vaxtında müalicə olunduqda "buzlu şüşələr" tez sovrulur, çapıqlaşmaya da az rast gəlinir. Ağciyərlər daima ventilyasiya olunan orqan olduğu üçün orada "ləkə" və s. qalmır. Ağciyərlərin reabilitasiyası zamanı tənəffüs məşqləri məsləhətdir".

Təbii üsullarla müalicənin tərəfdarı olan Dr. Eldaroğlu keçibuynuzu meyvəsi, propolis tinktura və bronxbal məcunundan istifadə etməyi məsləhət görüb.

Sonda isə atipik astması olanlara mütləq şəkildə həkimlə məsləhətləşməyi və özbaşına müalicə olunmamağı təkidlə tövsiyə edib.

Ölkə.Az