Koronavirusla bağlı 2 yaxşı xəbər

Alimlər koronavirusu öyrənməyə davam edirlər. Son araşdırmalar göstərir ki, koronavirus, məsələn qripdən fərqli olaraq zəif mutasiya edir.

Koronavirusla bağlı 2 yaxşı xəbər

Alimlər koronavirusu öyrənməyə davam edirlər. Son araşdırmalar göstərir ki, koronavirus, məsələn qripdən fərqli olaraq zəif mutasiya edir.

Bu o deməkdir ki, insan koronavirusu keçiribsə, onda ən azı 1 il ərzində bu virusa qarşı immunitet olacaq və o bu müddət ərzində yenidən xəstələnməyəcək. Həmçinin bu peyvəndin tapılmasına ümid yaradır.

Saglamolun.az bildirir ki, bu haqda ən tanınmış rusiyalı virusoloq, tibb elmləri doktoru akademik Anatoliy Alşteyn РИА Новости-yə danışıb.

Alimin sözlərinə görə koronavirusla bağlı digər yaxşı xəbər ondan ibarətdir ki, virus əksər digər viruslar kimi yayıldıqca tədricən zəifləyir. Virusoloqun sözlərinə görə, bu alimlərdə ümid yaradır ki, koronavirusun növbəti dalğası olsa da indikindən daha zəif olacaq.     Peyk.Az

Peyk.Az