Koronavirusla bağlı yeni laboratoriya işə başladı — VİDEO

Sumqayıtda 1 saylı Şəhər Xəstəxanasının nəzdində fəaliyyət göstərən laboratoriya da onlardan biridir.

Koronavirusla bağlı yeni laboratoriya işə başladı — VİDEO

Yeni tipli laboratoriya aprel ayının sonlarında quraşdırılsa da, zərurət yarandığından, mayın 8-dən fəaliyyətə başlayıb. Burada COVID-19 virusunun aşkarlanması üçün xüsusi testlər aparılır.

Laboratoriyanın müdiri Aqşin Hümbətov bildirib ki, müəssisə Almaniya istehsalı olan müasir texnologiyalarla tam təchiz olunub və burada ən kiçik ölçülü virusların təyini mümkündür.

Laboratoriya fəaliyyətə başlamazdan əvvəl Sumqayıt şəhərindən olan test nümunələrinin cavabını yalnız Bakıdan almaq mümkün idi. Hazırda isə laboratoriya Sumqayıtla yanaşı, həm də Abşeron sakinləri üçün xidmət göstərir. Laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə, xüsusi qoruyucu vasitələrdən – kombinezon geyimlər, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə etməklə fəaliyyət göstərirlər.

Hazırda Azərbaycanda 20-dən çox koronavirus infeksiyasını aşkar edən laboratoriya fəaliyyət göstərir.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkə.Az

"Ölkə.Az" bildirir ki, binanın eyvanından uçan dəmir məhəccər ərazidəki avtomobilin üzərinə düşüb. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib.

Jurnalist binasının sakinləri məhəccərlərin insan həyatı üçün real təhlükə yarada biləcəyini dəfələrlə vurğulayıb. ;

KİVDF-nin İcraçı direktoru olmuş Vüqar Səfərlinin zamanında inşa edilən və tikintisinə 10 milyonlarla manat vəsait sərf olunan binanın hansı təhlükələr törədə biləcəyi get-gedə daha aydın görünməkdədir. Məlumata görə, həmin binaya 31.5 milyon manat pul xərclənib. Lakin media nümayəndələri üçün tikilən bu binaların təhlükəsizliyi təhlükə saçır.

Buradan belə məlum olur ki, Vüqar Səfərlini bu binada yaşanlar və onların təhlükəsizliyi heç zaman maraqlandırmayıb. Bu cür rəhbər və məsul vəzifə daşımış şəxsləri yalnız şəxsi mənafeləri düşündürüb.