“Koronaviruslu dolu” sakinləri qorxutdu - FOTO/VİDEO

Meksikada və Çində koronavirusa bənzəyən dolu sakinləri qorxudub. Bəzi insanlar bunu “səmadan ismarıc” kimi qəbul ediblər. Bu barədə “Daily Mail” xəbər yayıb. Sferik formalı “tikanlı” dolu Meksikanın Montemorelos şəhərində, həmçinin Şərqi Çinin Sindaşo şəhərində yağıb. Alimlər...

“Koronaviruslu dolu” sakinləri qorxutdu - FOTO/VİDEO

Meksikada və Çində koronavirusa bənzəyən dolu sakinləri qorxudub. Bəzi insanlar bunu “səmadan ismarıc” kimi qəbul ediblər.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Sferik formalı “tikanlı” dolu Meksikanın Montemorelos şəhərində, həmçinin Şərqi Çinin Sindaşo şəhərində yağıb.

Alimlər dolu dənələrinin qeyri-adi görünüşünü normadan kənar hesab etmədiklərini bildiriblər.

Bununla belə, sosial şəbəkə istifadəçiləri Allahın bu yolla insanları təcrid rejiminə riayət etməyə çağırdığını düşünüblər.