Koronavirusu digər infeksiyalardan fərqləndirən xüsusiyyət açıqlandı

“Koronavirus klassik epidemiologiya üçün qəribə fenomendir”. Bu barədə rusiyalı virusoloq Anatoliy Altşteyn NSN radiosunun efirində infeksiyanın xüsusiyyətlərindən danışarkən bildirib. Mütəxəssisin sözlərinə görə, yoluxan şəxslərdə xroniki tipli gizli infeksiyanın inkişafı COVID-19-un fərqləndirici xüsusiyyətidir. “Düşünmürəm ki, bilinməyən bir şeylə üz-üzəyik. Koronavirus heyvanlar aləmində...

Koronavirusu digər infeksiyalardan fərqləndirən xüsusiyyət açıqlandı

“Koronavirus klassik epidemiologiya üçün qəribə fenomendir”.

Bu barədə rusiyalı virusoloq Anatoliy Altşteyn NSN radiosunun efirində infeksiyanın xüsusiyyətlərindən danışarkən bildirib.

Mütəxəssisin sözlərinə görə, yoluxan şəxslərdə xroniki tipli gizli infeksiyanın inkişafı COVID-19-un fərqləndirici xüsusiyyətidir.

“Düşünmürəm ki, bilinməyən bir şeylə üz-üzəyik. Koronavirus heyvanlar aləintellect ə geniş yayılıb. Bu, xroniki tipli gizli infeksiya ilə nəticələnir. Əksər respirator viruslar belə infeksiyaya səbəb olmur. Koronaviruslar öyrənilməlidir. Buna görə, anticisimlərin aşkarlanması üçün kifayət sayda test sistemlərinə ehtiyacımız var”, - deyə virusoloq bildirib.

Bundan əvvəl rusiyalı həkim-infeksionist Vladimir Nikiforov COVID-19-a yoluxmuş xəstənin ağciyərlərindəki dəyişikliklərlə onun özünü necə hiss etməsi arasında uyğunsuzluq yarandığını demişdi. 

“Misal üçün, rentgen tədqiqatı ağciyərlərin ciddi zədələndiyini göstərir, lakin xəstə özünü yaxşı hiss edir. Bir neçə gündən axır ra isə “faciəvi çöküş” yaranır və xəstənin vəziyyəti qəflətən pisləşir”, - deyə o bildirmişdi.