Koronavirusun müalicəsində istifadə olunan ZİNKin təbii MƏNBƏLƏRİ

Zink mikroelementi orqanizmdə gedən bir çox vacib proseslərdə iştirak edir. Belə ki, zink mübadilə prosesləri, zülallar, hormonlar və DNT sintezi,...

Koronavirusun müalicəsində istifadə olunan ZİNKin təbii MƏNBƏLƏRİ

Zink mikroelementi orqanizmdə gedən bir çox vacib proseslərdə iştirak edir. Belə ki, zink mübadilə prosesləri, zülallar, hormonlar və DNT sintezi, əzələlərin böyüməsi və bərpası proseslərində iştirak edir, yaraların tez sağalmasına yardım edir, normal dad və iybilmə üçün vacibdir.

Bundan əlavə zink immun sisteminin fəaliyyətində çox böyük rol oynayır, xüsusilə immunitetə virus və bakteriyalara qarşı mübarizədə yardım edir. Məhz bu xüsusiyyətə görə, zink bir çox ölkələrdə və o cümlədən Azərbaycanda koronavirusun müalicəsində istifadə olunur. Lakin nəzərə almaq lazımdır ki, istənilən digər preparat kimi zink preparatını da həkim təyin etməlidir.  

Peyk.az oxucularını zinkin təbii mənbələri ilə tanış edir:

- qaraciyər

- mal, qoyun əti

- cücərdilmiş buğda

- keşyu

- sidr qozu

- araxis

- günəbaxan və balqabaq tumları

- küncüt

- kətan toxumu

- yumurta sarısı

- şokolad və kakao

- paxlalılar (mərci, lobya, noxud)

- yulaf yarması

Mütəxəssislər koronavirus epidemiyası zamanı qidalanmada zinklə zəngin olan məhsulları artırmağı tövsiyə edirlər.Peyk.Az

Peyk.Az