Koronavirusun əsas fəsadları açıqlandı

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb Universitenin professoru Andrey Demin deyib.

Koronavirusun əsas fəsadları açıqlandı

O, Uhan xəstəxanasının statistikasına istinad edib. Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaqda, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında pozuntular, həmçinin dəri təzahürləri müşahidə olunur.

Demin əlavə edib ki, bəzi hallarda xəstələrdə infeksiyanın klinik təzahürləri olmasa da, immun sisteminin, qaraciyər, böyrəklər və digər orqanların funksiyası dəyişir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÜST-ün məlumatına görə, dünyada koronavirusa 5 817 385 yoluxma və 362 705 ölüm qeydə alınıb.

Ölkə.Az

"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib: "Yaxşı xəbər budur ki, dünyanın hər yerində tədqiqatçılar peyvənd üzərində işləyirlər. Yüzə qədər müxtəlif qrupumuz var, amma bu proses vaxt aparır. Bu, həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Biz iki məsələni bilməliyik. Peyvənd virusla qarşılaşanda düzgün antikorları stimullaşdırırmı? Eyni zamanda, peyvəndin yan təsirləri varmı? Hansı peyvəndin daha etibarlı olmasını bilmək də vacibdir. Daha sonra bu peyvəndin istehsalı, onun insanlara necə çatdırılması məsələsini başa düşmək lazımdır. Bütün bunlar isə vaxt tələb edir".

M. Harris qeyd edib ki, hətta müalicədə istifadə olunan dərman vasitələrinin test edilməsi də vaxt tələb edir, çünki bəzi xəstələrdə dərmanın öz təsirini göstərməsi təsadüf də ola bilər: "Buna görə də bütün lazımi testləri aparmaq üçün daha çox vaxt lazımdır".

"Ölkə.Az"ın məlumatına görə, bu barədə şəhər polisi "Twitter"dəki səhifəsində bildirib.

"Bizim zabitlərimiz ötən gün və gecə boyunca təşkil edilən qanunsuz toplantılarda iştirak edən təxminən 200 nəfəri həbs edib. Onların əksəriyyətinə qarşı yolların bağlanılması üzrə ittihamlar irəli sürüləcək", - polisin xəbərində (mesajında) deyilir.

Həmçinin qeyd edilir ki, etirazların gedişatında dörd polis əməkdaşı da yaralanıb. Bununla yanaşı, səkkiz polis avtomobilinə zərər vurulub.

Qeyd edək ki, artıq bir neçə gündür Minneapolisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. Qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır.