Koronavirusun yeni təhlükəli tərəfləri açıqlandı

SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarına deyil, bir çox digər orqanlara da təsir edir. Buna görə ona yalnız respirator xəstəlik kimi baxmaq düzgün deyil. Lenta.ru-nun məlumatına görə, ABŞ-ın Kolumbiya Universitetinin alimləri bu barədə məlumat veriblər. İnfeksiyanın səbəb olduğu bütün təhlükəli sindromlar “Nature...

Koronavirusun yeni təhlükəli tərəfləri açıqlandı

SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarına deyil, bir çox digər orqanlara da təsir edir. Buna görə ona yalnız respirator xəstəlik kimi baxmaq düzgün deyil.

Lenta.ru-nun məlumatına görə, ABŞ-ın Kolumbiya Universitetinin alimləri bu barədə məlumat veriblər.

İnfeksiyanın səbəb olduğu bütün təhlükəli sindromlar “Nature Medicine” jurnalında dərc olunub.

Müəlliflərin fikrincə, koronavirus qan laxtalanmasının artması ilə nəticələnən tromboz ağırlaşmalar, miokard disfunksiyası və aritmiya, kəskin koronar sindromlar, kəskin böyrək zədələri, mədə-bağırsaq simptomları, hepatosellüler çatışmazlıq, hiperqlikemiya və ketoz, həmçinin nevroloji pozğunluqlar, göz və dəri zədələnmələri yarada bilər.

Elm adamları dializ tələb olunan xəstələrin çox yüksək olduğunu (5-10 faiz) qeyd edirlər.

Nevroloji simptomlar isə bütün xəstələrin üçdə birində baş verir.