Kral Floridada ölən əsgərlərin ailəsinə yardım edəcək

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əs-Səud Floridada baş verən atışmada ölən hərbçilərin ailəsinə yardım edəcək.

Kral Floridada ölən əsgərlərin ailəsinə yardım edəcək
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tramp məlumat yayıb.

Tramp qeyd edib ki, kral ona zəng edib və başsağlığı verib.

Qeyd edək ki, ötən gün Floridadakı hərbi bazada baş verən atışmada qatil də daxil olmaqla, 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Atəş açanın Səudiyyə Ərəbistanının hərbçisi Məhəmməd Səid əş-Şamrani olduğu və bu bazada təlim keçdiyi bildirilir.

Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisənin terror olub-olmadığı bilinmir. Ancaq hücumdan öncə Şamraninin krallıqdan olan digər həbçilərlə birgə məclis təşkil etdiyi və məclisdə kütləvi ölüm səhnəsi olan atışma videosu göstərildiyi bildirilib. Eyni zamanda Şamraninin hücumu zamanı onun yoldaşı hadisəni videoya çəkib, digər iki Səudiyyə hərbçisi isə onu maşınla izləyib.