Kreml Krımla bağlı mübahisələrə son qoydu

Rusiya rəhbərliyi Krım məsələsini Ukrayna ilə istənilən formatda müzakirə etməyin mümkün olmadığını düşünür.

Kreml Krımla bağlı mübahisələrə son qoydu
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Normand formatında keçiriləcək görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski Krım məsələsini qaldırarsa, buna reaksiya verilməyəcək:

"Krım məsələsini heç bir şəkildə müzakirə etmək mümkün deyil. Bu, dəfələrlə müxtəlif səviyyələrdə bəyan edilib. Buna görə bu məsələnin gündəmə hansı formatda qoyulmasının əhəmiyyəti yoxdur".