Kremldən Kiyevə: Yalnız bu halda mümkündür

“Minsk-3” formatı üzrə çalışmalar yalnız "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"ndan olan ekspertlərlə mümkündür.

Kremldən Kiyevə: Yalnız bu halda mümkündür
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Əgər bu sualı sxematik qiymətləndirsək və soruşsaq ki, bu mümkündürmü? – Mümkündür. Kim “Minsk-3” formatı üzərində işləyə bilər? İki tərəf. Əgər Kiyevdən olan ekspertlər "DXR" və "LXR"-dən olan mütəxəssislərlə bir masa arxasına otursalar, çox güman ki, Minsk tədbirləri paketinə müəyyən dəyişiklər edə biləcəklər”, - deyə sözçü bildirib.