Kristiano Ronaldonun bərbəi ölü tapıldı

Kristiano Ronaldonun bərbəi ölü tapıldı

Bu barədə Britaniyanın məşhur “Sun” nəşri xəbər yayıb. 

Bildirilib ki, Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusunun bərbəri olaraq tanınan Rikardo Markes Ferreyra qətlə yetirilib. 

Onun meyiti Sürixdəki oteldə tapılıb.  

Üzərində bıçaq yaraları olan meyiti otelin təmizləyicisi aşkarlayıb. 

Hazırda polis cinayəti törədənləri axtarır.