Əksər qurumlarda mühasibatlıqla bağlı nöqsanlar aşkarlandı – RƏSMİ

2019-cu ildə keçirilən auditlər zamanı əksər qurumlarda mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanlar aşkarlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilir. Qeyd olunur ki, müəssisələrdə maliyyə-təsərrüfat əməliyyatları bəzi hallarda təlimata uyğun keçirilməyib. Bundan başqa, təşkilatların...

Əksər qurumlarda mühasibatlıqla bağlı nöqsanlar aşkarlandı – RƏSMİ

2019-cu ildə keçirilən auditlər zamanı əksər qurumlarda mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanlar aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilir.

Qeyd olunur ki, müəssisələrdə maliyyə-təsərrüfat əməliyyatları bəzi hallarda təlimata uyğun keçirilməyib.

Bundan başqa, təşkilatların maliyyə vəziyyətlərinin və fəaliyyətlərinin nəticələri barədə informasiyalar düzgün təqdim olunmayıb.

Həmçinin, əsaslı təmir məqsədi ilə görülmüş işlərin dəyəri haqqında məlumatların təhrif olunması da nöqsanlara daxildir.

Bir sıra hallarda isə büdcədənkənar əməliyyatlar üzrə ödənişli xidmətlərlə əlaqədar əldə edilən gəlirlər xəzinə hesabında saxlanılmayıb.

Qeyd edək ki, Hesablama Palatasının fəaliyyəti barədə məruzə Milli Məclisə daxil olub.

Aqşin Kərimov