Küçə itinin dişlədiyi kişinin gözündən iri qurd çıxarıldı - Tibdə kuryoz

70 yaşlı kişi 5 il idi ki, gözündə ağrı, qaşınmadan şikayətlənirdi. Həkimlər bir neçə dəfə müayinə etsələr də,düzgün diaqnoz qoya bilməyiblər.

Küçə itinin dişlədiyi kişinin gözündən iri qurd çıxarıldı - Tibdə kuryoz
https://peyk.az

Peyk.az medicina.az-a istinadən bildirir ki, yalnız bu il oftalmoloq Milan Pançal xəstənin gözündə iri parazit görür.

Onun gpzündən 7 santimetrlik diri qurd anesteziya altında çıxarıldı.
Əgər qurd çıxarılmasaydı, xəstə gözünü həmişəlik itirə bilərdi.

"Əməliyyat 30 dəqiqə davam edib. Hətta qurdun qan dövranı vasitəsilə beyinə gedə bilməsi riski də var idi. O, canlı idi, tutmaq çətin idi".

Pasiyent xatırlayıb ki, 12 il əvvəl onu göz hissəsindən it dişləyib. Xəstədən çıxarılan parazit də pişik və itlərin ağız boşluğunda yaşayır. Çox güman ki, parazit hələ sürvə ikən itin ağız suyu ilə gözə düşüb və orda böyüyüb.