“Kürd muxtariyyətindəki əcnəbi əsgərlər...” – İraqlı general

Ölkəmizdəki xarici hərbçilərin çıxarılması haqda qərar İraq Kürd Muxtar Respublikasında olan əcnəbi əsgərlərə də aiddir.

“Kürd muxtariyyətindəki əcnəbi əsgərlər...” – İraqlı general
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri İraqın baş naziri Adil Əbdülmehdinin hərbi məsələlər üzrə müşaviri, general Əbdülkərim Haləf deyib.

General qeyd edib ki, ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün tarix müəyyən edilməyib: “Xarici hərbçilərin ölkədən çıxarılması haqda qərar suveren bir qərar olduğu səbəbindən bu İraqın bir parçası olan kürd muxtariyyəti ərazisinə də şamil olunacaq. Muxtariyyətin bu məsələdə hər hansı sıxıntısı yoxdur”.