Kürdəmirdə göldə batan gəncin meyiti tapıldı

Kürdəmirdə süni göldə batan 20 yaşlı gəncin meyiti tapılıb. “Peyk.AZ” FHN-ə istinadən xəbər verir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni gö

Kürdəmirdə göldə batan gəncin meyiti tapıldı

Kürdəmirdə süni göldə batan 20 yaşlı gəncin meyiti tapılıb.

“Peyk.AZ” FHN-ə istinadən xəbər verir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.