Kuryer qəzada ÖLDÜ - Aktivistlərdən məşhur şirkətə boykot ÇAĞIRIŞI - FOTO

“Domino’s Azerbaijan” şirkətinin kuryeri ağır qəza törədib.

Kuryer qəzada ÖLDÜ - Aktivistlərdən məşhur şirkətə boykot ÇAĞIRIŞI - FOTO

Peyk.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin aktiv qruplarından biri olan “Müştəriyəm şikayətim var”da məlumat paylaşılıb.

Beləki, şirkətinin kuryeri olan Ülvi adlı gənc, “Domino’s Azerbaijan”nın “30 dəqiqəyə çatdırılma kompaniyası”na görə motosikleti yüksək sürətlə idarə etməli olub. Nəticədə Bakı şəhərinin “Atatürk” prospektində ağır qəza törədib və hadisə yerində həyatını itirib. Bu isə sosial şəbəkələr də insanların haqlı narazılığına səbəb olub.

Aktivistlər şirkətdən bu kampaniyanın ləğv olunmasını tələb edir və “Domino’s Azerbaijan”nı boykot etməyə çağırırlar. Şirkətin buna görə məsuliyyət daşımalı olduğunu vurğulayıblar.

Qeyd edək ki, şirkət “sifariş 30 dəqiqədən gec çatdırılsa, ödəniş etmirsiniz” şüarı ilə kampaniya təşkil edərək, kuriyerləri ünvana tez çatmağa məcbur edir. Sifarişi müştəriyə vaxtında çatdırmadıqları halda isə həmin məbləğ kuryerlərin məvacibindən çıxılır. Bu isə işçilərin həyatını riskə atır.

Rufina Əlizadə

www.peyk.az