LADA kanala aşdı -Sürücü öldü

Masallıda ölümlə nəticələnən yol qəzası olub.

LADA kanala aşdı -Sürücü öldü

Masallıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Peyk.az-a verilən məlumata görə, rayonun Ərçivan kəndində “LADA” markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.peyk.az