Ledi Qaqa zorlanmasından danışıb: "19 yaşım olanda..."

Amerikalı müğənni Ledi Qaqa 19 yaşında dəfələrlə cinsi təcavüzə məruz qalması haqda məlumat verib.

Ledi Qaqa zorlanmasından danışıb:
https://peyk.az

“The İndependent” xəbər verir ki, bu haqda müğənni jurnalist Opre Uinfriyə verdiyi müsahibədə öz fikirlərini bölüşüb.

Aktrisa təcavüzdən sonrakı bir neçə il ərzində sözügedən anların sarsıntısından çıxa bilmədiyini söyləyib:

“19 yaşım olanda mənə dəfələrlə təcavüz ediblər, uzun müddət bu psixoloji zədədən qurtula bilməmişəm”.

O, məşhur olduğu zamandan sonra da bu sarsıntıdan yaxa qurtara bilməməyindən şikayətlənib.

Müğənni ona təcavüz edən adamın kimliyi haqqında danışmaqdan imtina edərək, yalnız onu qeyd edib ki, həmən şəxs tanışı olub.