Ledi Qaqanın geyimi müzakirə mövzusu oldu - FOTO

34 yaşlı dünya ulduzu Ledi Qaqa “MTV Video Music Awards” gecəsinə qatılıb.  Müğənni yenə geyimi ilə seçilməyi bacarıb.  Dünyanı bürüyən məlum pandemiyanın buraxdığı iz onun geyim seçimində də özünü göstərib. Tamaşaçıların hər zaman fərqli obrazlarda görməyə öyrəşdiyi L.Qaqanın geyimi və istifadə...

Ledi Qaqanın geyimi müzakirə mövzusu oldu - FOTO

34 yaşlı dünya ulduzu Ledi Qaqa “MTV Video Music Awards” gecəsinə qatılıb. 

Müğənni yenə geyimi ilə seçilməyi bacarıb. 

Dünyanı bürüyən məlum pandemiyanın buraxdığı iz onun geyim seçimində də özünü göstərib. Tamaşaçıların hər zaman fərqli obrazlarda görməyə öyrəşdiyi L.Qaqanın geyimi və istifadə etdiyi maskalar böyük marağa səbəb olub.

Tamaşaçısız keçirilən tədbir zamanı gecədə yer alan sənətçilər öz performansları ilə bir-birini üstələməyə çalışıblar.

Qeyd edək ki, sonda bu mükafata layiq görülən ekstravaqant sənətçi gecənin ulduzu olub.