“Leyptsiq”dən “Çelsi”yə keçə bilər

Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Verner İngiltərənin “Çelsi”sinə keçməyə yaxındır. “Peyk.AZ” bildirir ki, bu barədə “TASS” xəb

“Leyptsiq”dən “Çelsi”yə keçə bilər

Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Verner İngiltərənin “Çelsi”sinə keçməyə yaxındır. “Peyk.AZ” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Mənbənin məlumatına görə, “Çelsi” 24 yaşlı alman forvarda bir mövsüm üçün 10 milyon avro civarında maaşla saziş təklif etməyə hazırdır. Transfer yayda baş tuta bilər, İngiltərə klubu Verner üçün 60 milyon avro ödəyəcək.

Daha əvvəl İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin jurnalisti Nikolo Skira bildirmişdi ki, Verner İngiltərənin “Liverpul”u ilə saziş imzalamağa yaxındır. Onun sözlərinə görə, Liverpuldan olan klub Verner üçün prioritet variantdır.  

Qeyd edək ki, Verner “Leyptsiq”də 2016-cı ildən çıxış edir. “Transfermark” portalı futbolçunu 64 milyon avro məbləğində dəyərləndirir. Cari mövsümdə o, 40 matç keçirib, 31 qol vurub və 12 nəticəli ötürmə edib.