Home İdman Libertadores kubokunu “River Pleyt” qazandı

Libertadores kubokunu “River Pleyt” qazandı

82
0

Libertadores kubokunun qalibi bəlli olub.

PEYK.Az qol.aza istinadn məlumat verir ki, Madriddə keçirilən final qarşılaşmasının cavab matçında “River Pleyt”lə “Boka Xuniors” üz-üzə gəlib.

İlk görüşü 2:2 hesabı ilə başa çatan Argentina klublarının cavab qarşılaşmasının əsas vaxtında qalib müəyyənləşməyib – 1:1.

Əlavə olunmuş dəqiqələrdə “River Pleyt” daha iki qol vuraraq 3:1 hesabı ilə qalib gəlib və kuboka sahib olub.

Qeyd edək ki, əzəli rəqiblərin cavab görüşü noyabrın 24-də Argentinada keçirilməli olsa da, azarkeşlərin “Boka Xuniors” futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb və matçın neytral meydanda olmasına qərar verilib.

“River Pleyt” (Argentina) – “Boka Xuniors” (Argentina) – 3:1 
Qollar: Pratto, 68, Kintero, 109, Martinez, 120+2 – Benedetto, 44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here