“Liverpul” gənc ulduz üçün 70 milyon avro ödəyəcək

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısına “Vulverhempton”un ulduzu Adama Traore başçılıq edir. Bu barədə “HaberGlobal” məlumat yayıb. “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayında bitəcək 24 yaşlı futbolçu üçün “Liverpul” 70 milyon avro təklif edəcək. Xatırladaq ki, bu mövsüm 43 qarşılaşmada altı qol...

“Liverpul” gənc ulduz üçün 70 milyon avro ödəyəcək

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısına “Vulverhempton”un ulduzu Adama Traore başçılıq edir.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayında bitəcək 24 yaşlı futbolçu üçün “Liverpul” 70 milyon avro təklif edəcək.

Xatırladaq ki, bu mövsüm 43 qarşılaşmada altı qol və doqquz məhsuldar ötürmə edən futbolçu 2018-2019-cu illər mövsümünün əvvəlində 20 milyon avroya transfer olunub.