"Liverpul" Kloppla müqaviləni uzatdı - Rəsmi

“Liverpul” baş məşqçisi Yurgen Kloppla müqaviləni yeniləyib.

https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyalı çalışdırıcı 2024-cü ilin yayına qədər Mersisayd təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”un baş məşqçisidir. Komanda ötən mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının qalibi olub.