Home İdman “Liverpul” “Napoli”yə qalib gəldi

“Liverpul” “Napoli”yə qalib gəldi

195
0

 Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyunlarına start verilib.

Peyk.az xəbər verir ki, ilk oyun günündə 8 oyun keçirilib. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Portu”nu qəbul edib. İstanbul təmsilçisi bu oyunda məğlub olsa da, Avropa Liqasında mübarizəni davam etdirəcək.

B qrupunda “Barselona” “Tottenhem”lə qarşılaşıb. Kataloniya təmsilçisi qrup mərhələsini keçmişdisə, “Tottenhem”ə bunun üçün qələbə lazım idi. Qrupun digər oyununda “İnter” PSV-ni sınağa çəkib. Hər iki oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. Bununla da, “Tottenhem” qrup mərhələsini adlayıb.

Günün maraqla gözlənilən qarşılaşması C qrupunda baş tutub. “Liverpul” öz meydanında “Napoli”ni qəbul edib. Ev sahibləri növbəti mərhələyə keçmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Minimal hesablı qələbə qazanan İngiltərə klubu növbəti mərhələyə adlayıb

11 dekabr

Çempionlar Liqası

 

D qrupu

Qalatasaray (Türkiyə) – Portu (Portuqaliya) 2:3

Qol: Fequli, 45-pen. E.Derdiyok, 65 – Felipe, 17. Mareqa, 42-pen. Oliveyra, 57.

Şalke (Almaniya) – Lokomotiv (Moskva, Rusiya) 1:0

Qol: Şöpf, 90.

A qrupu

Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) 0:2

Qol: R.Gerrero, 15; 88.

Brügge (Belçika) – Atletiko (Madrid, İspaniya) 0:0

 

B qrupu

İnter (İtaliya) – PSV (Eyndhoven, Hollandiya) 1:1

Qol: İkardi, 73 – Lozano, 13.

Barselona (İspaniya) – Tottenhem (İngiltərə) 1:1

Qol: Dembele, 7 – Moura, 85.

C qrupu

Srvena Zvezda (Serbiya) – PSJ (Fransa) 1:4

Qol: Qobelyiç, 56 – Kavani, 10. Neymar, 40. Markinyos, 74. Mbappe, 90.

Liverpul (İngiltərə) – Napoli (İtaliya) 1:0

Qol: Salah, 34.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here