"Liverpul" Premyer Liqanın tarixinə düşdü

https://www.peyk.az

İngiltərənin "Liverpul" klubu Premyer Liqanın 6-cı turunda səfərdə "Çelsi"ni məğlub edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən oyunda Mersisayd təmsilçisi yeni rekorda imza atıb. Ötən mövsüm Premyer Liqada ilk 6 turda da qələbə qazanan "Liverpul", cari mövsümdə də bu uğurunu təkrarlayıb.

"Liverpul" Premyer Liqa tarixində ardıcıl iki mövsüm ilk 6 turda qələbə qazanmağı bacaran ilk klub olub.