Liviyada fövqəladə vəziyyət elan edildi

Liviyanın milli neft korporasiyası ölkənin bir sıra limanlarının Liviya milli ordusunun qüvvələri tərəfindən neft ixracı üçün bağlanması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Liviyada fövqəladə vəziyyət elan edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumat şənbə günü korporasiyanın Facebook səhifəsində dərc olunub. Məlumatda qeyd edilir ki, neft ixracının hissəvi dayandırılması hasilatın gündəlik 800 min barel ixtisar olunmasına, həmçinin hər gün 55 milyon dollar həcmində zərərə gətirib çıxaracaq.

Al Arabiya telekanalının məlumatına görə, Liviya milli ordusunun qüvvələri ölkənin mərkəzi hissəsindəki və şərqindəki terminalları bağlayıblar və həmin terminallardan neft ixracı yanvarın 18-dən dayanacaq.