Liviyada rusiyalı muzdlular öldürüldü - VİDEO

Liviyada avia zərbələr nəticəsində marşal Xəlifə Həftarın tərəfində döyüşən onlarla rusiyalı muzdlu həlak olub.

Meduza” xəbər verir, hökumət qüvvələrinin avia zərbələri nəticəsində 35-ə qədər döyüşçünün ölməsi güman edilir.

Muzdluların meyitlərinin artıq Rusiyaya gətirilməsi başlanılıb. Onlar Krasnodar, Sverdlovsk və Murmansk vilayətlərinin sakinləridir.

Milli barışıq hökumətinin qüvvələri rusiyalı muzdluların hava hücumu zamanı atıb qaçdığı şəxsi əşyalarını nümayiş etdirib.

Daha əvvəl “Bloomberg” xəbər verib ki, sentyabrın əvvəlində Rusiyadan Liviyaya 100-dən artıq döyüşçü gəlib və onlar Həftar qüvvələrinin Tripoliyə hücumunda işttirak ediblər.