Home Turizm Londonda erməni təxribatının qarşısı belə alındı – FOTO

Londonda erməni təxribatının qarşısı belə alındı – FOTO

167
0
Londonda erməni təxribatının qarşısı belə alındı
Londonda erməni təxribatının qarşısı belə alındı

Londonda “Dünya Səyahət Bazarı” sərgisində Ermənistanın təxribatının qarşısı alınıb.

Bu barədə Yenicag.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Belə ki, Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri boşa çıxıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin təşkilatçılar qarşısında qaldırdığı qəti tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələri nümayiş etdirilən çap materialları aradan qaldırılıb.

Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinn rəhbəri Cəmilə Talıbzadənin səyləri ilə Böyük Britaniyadakı Azərbaycan səfirliyi də prosesə cəlb olunub.

Qeyd edək ki, sərgidən öncə də Azərbaycan tərəfindən təşkilatçılara bu barədə məlumat verilib. Bundan sonra da digər bütün beynəlxalq tədbir və sərgilərdə Ermənistanın Dağlıq Qarabağı ayrıca subyekti kimi təqdim etməyə yönəlmiş təxribat mahiyyətli bütün cəhdlərinin qarşısı alınacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here